Maqnit qasırğası gözlənilir

09:21 23.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Alimlər mayın 22-də Günəşdə üç güclü partlayış qeydə alıblar.

 

Hafta.az xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

 

Bildirilib ki, partlayışlar rentgen diapazonunda, M səviyyəsində olub və müvafiq olaraq 31, 44 və 21 dəqiqə davam edib.

 

Xatırladaq ki, Günəş partlayış rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Cari partlayışlar güclü sinfə aid olduğundan Yerdə maqnit qasırğası gözlənilir.

Oxunma sayı 87