Marsın səthinin altında çoxbucaqlılar aşkar edilib

10:20 04.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinin Mars kosmik gəmisi Qırmızı Planetin səthinin altında çoxbucaqlı strukturlar aşkar edib.

Hafta.az-ın “Zhurong” kosmik gəmisinin yerin altına nüfuz edən radar cihazı təxminən 10 metr dərinlikdə naxışlar aşkarlayıb. Bu strukturların, ehtimal ki, buzdan ibarət olduğu bildirilir. Bunlar Marsın uzun müddət itirdiyi su ilə bağlı mühüm ipuçları verə bilər.

Gəminin yüksək texnologiyalı radarı aşağıda nə baş verdiyini aşkarlamaq üçün planetin şimal yarımkürəsindəki geniş Utopiya Planitia düzənliyini skan edib.

“Nature Astronomy” elmi jurnalında dərc edilən araşdırma məqaləsində ümumilikdə 16 çoxbucaqlı formanın olduğu bildirilib. Tədqiqatçılar çoxbucaqlıların necə əmələ gəldiyini hələ dəqiq deyə bilmirlər. Bununla belə, bunların Yerdəki qış və yaz aylarında baş verən donma-ərimə prosesləri nəticəsində meydana çıxa biləcəyi təxmin edilir.

Məqalədə çoxbucaqlıların Mars tarixində Son Hesper və Erkən Amazon dövrlərində formalaşdığı da bildirilirdi. Bu dövr təxminən 3,7-2,9 milyard il əvvələ uyğundur. Bu o deməkdir ki, həmin dövrdə planetdə su hövzələri olub.

“Zhurong”un əvvəlki kəşfləri göstərib ki, Mars əvvəllər bol su hövzələrinin evi olub. Bu kütlələrin 400 min il əvvələ qədər qaldığı iddia edilirdi.

Çin mifologiyasında atəş və müharibə tanrısının şərəfinə adlandırılan “Zhurong”, 15 may 2021-ci ildə Marsın Utopia Planitia düzənliyinə enib. Üç aylıq missiyası olan kosmik gəmi planetin yerüstü torpağını və atmosferini tədqiq edib.

Oxunma sayı 205