Yazını böyüt
Yazını kiçilt
Masallıda 8 otaqlı evdə yanğın qeydə alınıb.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Masallı şəhərində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 8 otaqlı evin birinci mərtəbəsində dəhliz və hamam otağının yanar konstruksiyaları 30 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.