MEDİA-nın birinci könüllülük proqramı yekunlaşdı - FOTO

17:05 19.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birinci könüllülük proqramı uğurla yekunlaşıb.

 

Agentlikdən hafta.az-a bildirilib ki, 2021-ci ilin sentyabr-noyabr aylarını əhatə edən proqramın məqsədləri gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların təcrübi biliklərini artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq olub. Proqram çərçivəsində könüllülər 30-a yaxın fərdi və peşəkar inkişaf təlimlərində, 10-a yaxın yerli və beynəlxalq tədbirlərdə, müxtəlif sosial aksiyalar və layihələrdə, eyni zamanda İTV və Report media subyektlərində təcrübə proqramlarında iştirak ediblər.

 

Birinci könüllülük proqramının yekunlaşması ilə bağlı MEDİA könüllüləri ilə görüşən Agentliyin İcraçı direktoru Əhməd İsmayılov proqramın nəticələrini müzakirə edib və məzun könüllülərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Proqramı uğurla başa vuran könüllülər sertifikatlarla təltif olunub.

 

Medianın İnkişafı Agentliyinin birinci könüllülük proqramı uğurla yekunlaşıb (FOTO) - Gallery Image Medianın İnkişafı Agentliyinin birinci könüllülük proqramı uğurla yekunlaşıb (FOTO) - Gallery Image Medianın İnkişafı Agentliyinin birinci könüllülük proqramı uğurla yekunlaşıb (FOTO) - Gallery Image Medianın İnkişafı Agentliyinin birinci könüllülük proqramı uğurla yekunlaşıb (FOTO) - Gallery Image Medianın İnkişafı Agentliyinin birinci könüllülük proqramı uğurla yekunlaşıb (FOTO) - Gallery Image Medianın İnkişafı Agentliyinin birinci könüllülük proqramı uğurla yekunlaşıb (FOTO) - Gallery Image Medianın İnkişafı Agentliyinin birinci könüllülük proqramı uğurla yekunlaşıb (FOTO) - Gallery Image
 
Oxunma sayı 125