Meşə yanğınlarında ölənlərin sayı 16-ya ÇATDI

09:00 12.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Los-Anceles vilayətində davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 16-ya çatıb.

Hafta.az-ın məlumatına görə, bu barədə vilayətin Məhkəmə-Tibbi Ekspertiza Ofisi məlumat yayıb.

Bildirilib ki, 5 nəfər Paliseyds, 11 nəfər isə İton bölgəsindəki yanğınlarda həlak olub. Milli Hava Xidmətinin məlumatına görə, əlverişsiz hava şəraiti gələn həftə də davam edəcək və bu yanğınsöndürənlərin işini çətinləşdirəcək.