Metro bayram günlərində bu qrafiklə işləyəcək 

17:51 27.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 28-29-u Bakı metropoliteninin "Bakmil" stansiyasına və əks istiqamətə qatarların hərəkəti iş günləri cədvəli üzrə həyata keçiriləcək.

 

Bu barədə “Bakı Metropoliteni” QSC-dən hafta.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, həmin günlərdə metropolitendə qatarlar adi iş günlərində olduğu kimi, optimal qrafik üzrə hərəkət edəcəyindən bu istiqamətlər üzrə iş günləri cədvəli qüvvədə olacaq.

Oxunma sayı 118