Meymunçiçəyindən ölənlərin sayı artdı

14:10 07.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son 10 gün ərzində dünyada meymunçiçəyindən 2 yeni ölüm faktı qeydə alınıb.

 

Hafta.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilib.

 

Hesabatda qeyd edilib ki, iyunun 27-də açıqlanan son hesabatdan sonra dünyada 2 614 yeni yoluxma (77 faiz artım) aşkarlanıb.

 

Bununla da indiyədək meymunçiçəyindən ölənlərin sayı 3 nəfərə çatıb. Hər üç ölüm Afrikada qeydə alınıb.

Oxunma sayı 184