Meymunçiçəyinin müəyyən edilməsi üçün test hazırlanır

09:54 27.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın əczaçılıq şirkəti "Abbott Laboratories" meymunçiçəyi xəstəliyinin müəyyən edilməsi üçün tibbi testlər hazırlayır.

 

Hafta.az xəbər verir ki, bu barədə şirkətə istinadən "Reuters" agentliyi məlumat yayıb.

 

Bildirilib ki, şirkət ictimai səhiyyə və elm sahələrindəki tərəfdaşlarına test dəstləri təqdim edəcək.

 

"Vəziyyət inkişaf etdikcə, əlavə test ehtiyaclarını ödəmək üçün tədbirlər görəcəyik", - şirkətdən verilən məlumatda qeyd olunub.

Oxunma sayı 131