Mikayıl Cabbarov İsraildə “Qarabağ”ın oynunu izlədi - FOTO

12:26 30.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İqtisadiyyat naziri  Mikayıl Cabbarov və “Zirə”nin fəxri prezidenti Orxan Məmmədov “Qarabağ”ın İsraildə “Aşdod”la keçirdiyi oyunu stadionda izləyib.

 

Hafta.az xəbər verir ki, bu barədə O.Məmmədov öz Tvitter hesabında məlumat verib. 

 

““Qarabağ” Futbol Klubunun ölkəmizi Avropada qrup mərhələsində yenə təmsil edəcəyinə ümid edirik. İsraildə səfərdə olan rəsmi nümayəndə heyəti olaraq “Aşdod”la bugünkü oyunu izləməyə fürsətimiz oldu. “Qarabağ” kollektivini növbəti mərhələyə çıxmaq münasibəti ilə təbrik edirəm”.

 

Nazir Mikayıl Cabbarov oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla da görüşüb. Klub nümayəndələri nazirə “Qarabağ”ın formasını hədiyyə ediblər.

 

Qeyd edək ki, “Qarabağ” Bakıda 0:0 hesablı heç-heçə etdiyi rəqibinə səfərdə 1:0 hesabı ilə qalib gələrək adını 3-cü təsnifat mərhələsinə yazdırıb.

 

  
    
Oxunma sayı 271