Milli Məclisin sədri və Somali Prezidenti birgə işçi nahar ediblər

17:29 13.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova və ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud fevralın 13-də birgə işçi nahar ediblər.

Hafta.az xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Somali arasında münasibətlərin inkişaf perspektivləri, parlamentlərarası əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.