Rusiyanın ən zəngin iş adamlarından olan Vladimir Potanin 1980-ci illərin sonuna “böyük məmnuniyyətlə” qayıtmaq istədiyini bildirib. Moskva Beynəlxalq Münasibətlər Universitetini (MDBMİ) bitirmiş, Sovet İttifaqı Xarici Ticarət Nazirliyində işləmiş Potanin bugünkü bilik və təcrübəyə malik olmaq şərti ilə 1989-cu ilə qayıtmaq istədiyini deyib.
Hafta.az-ın yazdığına görə, milyarder, bu barədə onun təqaüd proqramında iştirak edən tələbələrlə açıq görüşdə bildirib.
"Mən məmnuniyyətlə 1989-cu ilə qayıdıb hər şeyi yenidən yaşayardım, lakin bu dəfə qazandığım təcrübə, inam və bacarıqlarla" deyib Potanin.
1990-cı illərin əvvəllərində “İnterros”u quran iş adamı 2012-ci ildən “Norilsk Nikel” şirkətinin sükanı arxasındadır.
“Forbes” jurnalına görə şəxsi sərvəti 24,2 milyard dollar olan Potanin, süni intellektin bəşəriyyəti “mənəvi sağ qalma astanasına” gətirə biləcəyini bildirib. Potanin 1990-cı illərdə bir çox insanların layiq olmadan varlandığını, sərvəti olanların pula konstruktiv alət kimi deyil, itiriləcəyindən qorxduqları yük kimi baxdıqlarını söyləyib. "Varlıları acgözlüklərinə görə mühakimə etməyin" deyən Potanin onların qorxularını başa düşməyə çağırıb.