Minimum əməkhaqqı ilə bağlı DSMF-yə ödəniş ləğv edilməlidir – Təklif

16:14 20.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Ölkəmizdə VÖEN-lə çalışan sahibkarların ödənişlərinin minimum əməkhaqqına görə hesablanması məsələsi əsas problemlərdən biridir.

Bu fikirləri hafta.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, bu məqam qanunvericilikdən çıxarılmalıdır:

“Çünki minimum əməkhaqqı artıqca sahibkarlıqla məşğul olan insanların Sosial Müdafiə Fonduna ödənişləri də artır. Bəzi adamlar var ki, fərdi sahibkarlıqla məşğul olur. Ayda 200 manat gəlir əldə edir və məcbur qalıb onun 60-70 manatını vergi kimi ödəyir. Ona görə də qanunvericilikdə minimum əməkhaqqı ilə bağlı Sosial Müdafiəyə ödəniş sistemi də ləğv edilməlidir”.

Oxunma sayı 41