Moskvada gecə həyatına qədəm qoyan hər kəs dərhal şəhərdəki aşkar cinsi balanssızlığı görür. Barlar və klublar əsasən qadınlarla dolu olduğu halda, kişilər ya bir küncdə utanaraq gözləyirlər, ya da barda içkilərini qurtumlayırlar. Qadınlar isə özlərinə güvənən, təşəbbüskardırlar və çox vaxt öz əyləncələrini yaradırlar. Ənənəvi olaraq kişilər tərəfindən görülən ilk addımı atmaq və görüşə başlamaq vəzifəsi indi qadınların əlindədir.
Hafta.az-ın yazdığına görə, artıq Moskva “qadın” şəhəri hesab olunur. Ticarətin üstünlük təşkil etdiyi, güclü və müstəqil qadın fiquru ilə eyniləşdirilən bu şəhər son illər daha da “qadınlaşıb”. Xüsusilə son üç ildə miqrasiya hərəkətləri və müharibə kimi faktorlar Moskvada qadın əhalinin kişi əhalisindən qat-qat yüksək olmasına səbəb olub. Kişilərin bir qismi orduya gedib, bir qismi xaricə köçüb, bir qismi isə kəndə qayıdıb.
Bu prosesdə Moskvada qadınlar iş dünyasında və mədəni həyatda daha aktiv rollar almağa başladılar. Onların fəaliyyətləri maliyyə, incəsənət, moda və texnologiya kimi sektorlarda artıb. Kafelərdə, kovorkinqlərdə, hətta şəhər küçələrində qadınların xeyli çox olduğu müşahidə edilir. Kişilərin azlıq təşkil etdiyi bu yeni nizam sosial dinamikanı da dəyişir. Moskvada indi kişilərin daha rəqabətsiz tanışlıq mühiti var, qadınlar isə seçim baxımından daha çox üstünlüklərə malikdirlər.
Mütəxəssislər şəhərdəki gender balanssızlığının sosial münasibətlərə və iqtisadiyyata təsirinin uzunmüddətli perspektivdə daha aydın görünəcəyini proqnozlaşdırırlar. Kişilərin sayının azalması ilə qadınların daha müstəqil olması və diqqətini öz işlərinə yönəltməsi qaçılmaz olur. Moskvanın gələcəyində bəlkə də kişilərin yerinə yeni “şəhər maskotları” və ya fərqli sosial cərəyanlar formalaşmağa başlayacaq.