Moskvada yaşayış kompleksində partlayış olub

13:38 03.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Moskvanın “Aviasiya” küçəsində yerləşən elit “Alıe parusa” yaşayış kompleksində partlayış olub.

Hafta.az xəbər verir ki, ilkin məlumatlara görə, partlayışın törədilməsində məqsəd tanınmamış DXR-in Boks Federasiyasının prezidenti və “Arbat” batalyonunu yaradan 46 yaşlı erməni Armen Sarkisyana sui-qəsd olub.

Rusiya mediasının yazdığına görə, bu şəxs Ermənistanda anadan olub, yeniyetmə yaşlarında Qorlovkaya köçüb. O, 2022-ci ilin sentyabrında Donbasda erməni batalyonunun yaradıldığını elan edib. Sarkisyanın ağır yaralandığı və xəstəxanadakı reanimasiya şöbəsinə çatdırıldığı bildirilir.

Partlayış nəticəsində bir nəfər ölüb, daha dörd nəfər yaralanıb. Hüquq-mühafizə orqanları insidenti sui-qəsd adlandırıb.

Hazırda təhqiqat aparılır və hadisənin detalları dəqiqləşdirilir.