Müğənni Afət Fərmanqızı axtarışa verildi 

13:34 13.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müğənni Afət Fərmanqızı barəsində axtarış elan olunub.

 

Hafta.az-ın məlumatına görə, hakim Mahirə Kazımovanın sədrliyi ilə araşdırılan şikayətlə bağlı məhkəmə aktı çıxarılıb.

 

Binəqədi rayon Məhkəməsində Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə icraatı dayandırılıb.

 

Akta əsasən müğənni Afət Fərmanqızı məhkəmədən gizləndiyinə görə həbs nəzərdə tutulmadan axtarışa verilib.

 

Müğənni məhkəməyə gətirilənə qədər məhkəmə icraatının dayandırıldığı elan olunub.

 

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə ittiham olunması tələb edir.

Oxunma sayı 36