Yazını böyüt
Yazını kiçilt
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Münhendə Trampın xüsusi nümayəndəsi Keyt Kelloq ilə görüşüb.
Hafta.az bu haqda “TSN”-ə istinadla xəbər verir.
Yermak görüşün yaxşı keçdiyini, təfərrüatların daha sonra açıqlanacağını qeyd edib.
Kit Kelloq Amerika prezidentinin Ukraynaya "güc vasitəsilə sülh" gətirmək məqsədini irəli sürmək üçün fevralın 13-dən 22-dək bir sıra ölkələrə səfər edəcək.
Trampın xüsusi nümayəndəsi səfəri zamanı Kiyevə də gələcək.
Kiyevdə Kelloq hökumət rəsmiləri və “üç ilə yaxın müharibəyə cəsarətlə dözən insanlar”la görüşməyi planlaşdırır.
"Prezidentin xüsusi elçisi Kelloq prezidentin məqsədlərinə nail olmağa kömək edəcək sərt diplomatiyaya sadiqdir", - deyə Dövlət Departamenti bildirib.