Müsəlman həkim yəhudi siam əkizlərini xilas etdi - FOTO

18:08 13.09.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Müsəlman bir həkim yəhudi ailəsindən olan siam əkizlərinin həyatını xilas etməsindən danışıb.

Hafta.az xəbər verir ki,  bu haqda “Times of Israel” nəşri məlumat yayıb. 

Kəşmir əsilli müsəlman doktor Nur Əl-Ovaysi Cilani, İsraildən olan yapışmış siam əkizlərini ayırmaq üçün cərrahi əməliyyatı uğurla aparıb. Londonlu bir müsəlman həkimin iştirakı ilə edilən əməliyyat fərqli ölkələrdən olan mütəxəssislərin iştirakı ilə İsrail xəstəxanasında həyata keçirilib. Daha əvvəl doktor Cilani üç dəfə kəllə və beyin birləşməsi ilə siam əkizlərini əməliyyat edib. Buna görə də bu tip qaynaşmış əkizlərin ayrılması sahəsində dünya mütəxəssislərindən biri hesab olunur. Əməliyyat zamanı Britaniyadan olan həkim Cilani və İsrail komandası qan damarlarını və beyni ayırma prosesində çətin problemləri həll etməli olublar. Müsəlman həkim özü ilk dəfə olaraq xarici ölkədə fəaliyyət göstərməyə razı olduğunu və yəhudi uşaqlarının xilasını tibbin universallığının və qərəzsizliyinin vacib bir xatırlatması hesab etdiyini söyləyib.

"Həyatım boyu demişəm ki, dərisinin rəngindən və dinindən asılı olmayaraq bütün uşaqlar eynidir. Bütün fərqləri insanlar özləri uydurur. Uşaq uşaqdır”- deyib Doktor Cilani.

Uğurlu əməliyyatdan sonra həkimlər ayrılan əkizlərin dolğun bir həyat sürməsini gözləyirlər.

Oxunma sayı 732