Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 838-ə çatıb

09:53 29.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı kəskin artıb.

Hafta.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, yeraltı təkanlar 838 nəfərin həyatına son qoyub, 1 670 şəxs zəlzələ nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Martın 28-də qeydə alınan güclü təkanlar demək olar ki, bütün ölkə ərazisində dağıntılara səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, bir çox yaşayış binaları, inzibati binalar və xəstəxanalar uçub.

Qeyd edək ki, Myanmada öncə 7,7, 12 dəqiqə sonra 7,9 maqnitudalı zəlzələ baş verib. Zəlzələ nəticəsində bəzi evlər, həmçinin Saqayn və Mandalay şəhərlərini birləşdirən körpünün bir hissəsi uçub.