Narkotik satan şəbəkəyə daxil olan 22 nəfər tutulub - VİDEO

16:50 09.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi növbəti əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən daha 22 nəfər saxlanılıb onlardan 40 kiloqram narkotik vasitə aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında paytaxtın paytaxt ərazisində həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş Azər Qasımov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən ümumilikdə 12 kiloqram narkotik vasitə, o cümlədən 10 kiloqram heroin, 2 kiloqram metamfetamin və elektron tərəzi aşkar edilib.

Həyata keçirilən digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Ricad Babayev və tanışı Samir Təhməzov saxlanılıblar. Onların üzərindən və istifadə etdikləri avtomobildən nar kisələrində qablaşdırılan 9 kiloqram heroin və metamfetamin, 580 ədəd metadon, eləcə də preqabalin həbi aşkar edilib.

Oxunma sayı 32