Naxçıvanda baş verən hadisələrə daha böyük kontekstdən baxmaq lazımdır  - Natiq Cəfərli

18:10 01.12.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi hallarına qarşı sərt tədbirlər görülür. Araşdırmalar göstərib ki, Naxçıvana gətirilən mallarda külli miqdarda gömrükdən yayınma halları var. Məhz buna görə Naxçıvanda adambaşına düşən ümumi istehlak payı Azərbaycanın digər bölgələrindəki göstəricidən 10 faiz az göstərilib. Əslində isə bu 10 faizlik fərq Naxçıvana malların gömrükdən kənar gətirilməsi, yeyinti ehtimalı ilə bağlıdır. Hər il Naxçıvana  dövlət büdcəsindən 500 milyon manat dotasiya verilir. Naxçıvanın öz gəliri isə 180 milyon manat göstərilir. Amma əslində bu, real rəqəm deyil. Əgər yalnız gömrükdə 100 milyon manatdan artıq mənimsəmə faktı aşkarlanıbsa, ümumilikdə yeyinti və mənimsəmənin səviyyəsini təxmin etmək olar.

Bu istiqamətdə hafta.az-a açıqlama verən iqtisadçı, siyasi təhlilçi Natiq Cəfərli hesab edir ki, Naxçıvanda baş verən hadisələrin arxasında tək korrupsiya ilə mübarizə məsələsi dayanmır.

“Hesab edirəm ki, Naxçıvanda baş verən hadisələrə daha böyük kontekstdən baxmaq lazımdır.  Çox güman ki, Naxçıvanın idarəetmə forması və yaxud da statusu ilə bağlı gələcəkdə hansısa ciddi dəyişikliklər olsun. Çünki unitar dövlət olan Azərbaycanın Konstitusiyasında, Naxçıvanın özünün Konstitusiyasında o qədər böyük səlahiyyətlərə malik özəl bir bölgənin olması  gələcəkdə ciddi problemlər yarada bilər. O cümlədən, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları üçün bir örnək, istək yarada bilər. Ona görə də bu məsələlərə geniş kontekstdən baxmağa ehtiyac var. Ola bilər ki, ilkin mərhələdə Naxçıvanın regional orqanlarının, mərkəzi aparata birləşdirilməsi davam eləsin və bundan sonra ststusu, gələcəyi və onun idarəetmə formaları ilə bağlı siyasi qərarlar alına bilər”.

Oxunma sayı 2408
Gündəm rubrikasından digər xəbərlər