Yazını böyüt
Yazını kiçilt
Macarıstan parlamenti baş nazir, nazirlər, parlament rəhbərliyi və deputatların əməkhaqlarının kütləvi şəkildə azaldılmasını nəzərdə tutan qərarı təsdiqləyib.
Hafta.az xəbər verir ki, bu barədə "Clash Report" məlumat yayıb.
Dərc olunan rəsmi məlumatlara görə, ölkənin baş naziri Peter Madyarın aylıq gəliri 50 faizdən çox azaldılaraq 7,8 milyondan 3,8 milyon forintə (təxminən 36 min manatdan 17 min 500 manata) endirilib.
Qərara əsasən, hökumət üzvlərinin, parlamentdəki fraksiya rəhbərlərinin və deputatların da aylıq əməkhaqları ixtisara salınıb. Onların maaşlarında orta hesabla 40 faizə yaxın azalma tətbiq olunacaq.