Nazirlik “McDonald’s Azerbaijan”ı məhkəməyə verib

14:53 27.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti “McDonald’s Azerbaijan” Qapalı Səhmdar Cəmiyyətini və bir neçə şirkəti məhkəməyə verib.

Bu barədə xəbəri hafta.az-a İqtisadiyyat Nazirliyindən təsdiqləyiblər.

Nazirlikdən bildiriblər ki, məhkəmə iddiası İqtisadiyyat Nazirliyinin tərkibində olan Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qaldırılıb.

“McDonald’s Azerbaijan” və bir neçə digər şirkət icarə ödənişlərini etmədiklərinə görə məhkəməyə verilib.

Oxunma sayı 133