Nəsimi rayonunda vətəndaşlara ağac tingləri paylanılacaq 

16:35 07.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə dekabrın 10-u saat 15:00-da paytaxtın Nəsimi rayonunun Tbilisi prospektində yerləşən “Araz” superstorun qarşısında ağac tinglərinin paylanılması aksiyası keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, “Bir ağac - min nəfəs” devizi altında təşkil olunan “Tullantıları tinglərə dəyiş” aksiyası zamanı minimum 10 litr həcmində plastik, 5 litr həcmində şüşə, o cümlədən kağız və minimum üç ədəd işlənmiş batareya tullantılarını təhvil verərək əvəzində ting əldə etmək mümkündür.

Nazirlik hər kəsi aksiyada fəal iştirak etməyə, təbiətə fayda verəcək həmin təşəbbüsdən yararlanmağa çağırır.

Vətəndaşlar əldə etdikləri tinglərin əkin şəkillərini sosial şəbəkələr vasitəsilə nazirliklə bölüşə bilərlər.

Oxunma sayı 1429