Türkiyədən daha 5 ədəd mina təmizləmə maşını - MEMATT Azərbaycana gətirildi

15:20 05.05.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Milli Medafiə Nazirliyi yanında ASFAT A.Ş tərəfindən istehsal olunan uzaqdan komandalı mina təmizləmə maşını - MEMATT-ın ikinci partiyası Azərbaycana təslim edilib.

Hafta.az-ın Türkiyə Milli Müdafiə Nazirliyinin sosial səhifəsinə istinadən yazdığına görə, bu partiyaya 5 yeni mina təmizləyən maşın daxildir.

“Nazirliyimə bağlı olan @MSB_ASFAT tərəfindən istehsal olunan komandalı mina təmizləmə maşını MEMATT-ın Azərbaycana ixracı prosesi davam edir. Bu dəfə 5 maşından ibarət ikinci partiyanı təslim elədik. Beləcə, indiyədək qardaş ölkəyə ümumilikdə 7 MEMATT maşını təslim etmiş olduq. Xeyirli olsun!", - nazirliyin sosial səhifəsində yazılıb.

Məlumatda daha sonra Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına yer verilib. Açıqlamada bildirilir ki, Azərbaycan ordusunun Mühəndis-İstehkam Birliklərinin logistik imkanlarını artırmaq, işğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsi prosesini sürətləndirmək və təhlükəsizlik tədbirlərini artırmaq məqsədilə Türkiyədən satın alınan müasir mühəndislik texnika və təchizatının daha bir hissəsi Azərbaycana gətirilib. Açıqlamada, işğaldan qurtarılan torpaqlarda mühəndislik və istehkam birliklərinin istifadəsinə veriləcək mina təmizləmə maşınları və təchizatlarından, ərazilərin mina və partlamamış sürsatdan təmizlənməsi məqsədilə istifadə edildiyi bildirilib. 

Oxunma sayı 3288