Ermənistan vətəndaşı Laçın yaxınlığında dərəyə yuvarlanıb öldü... - FOTO

17:55 26.07.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingenti tərəfindən Laçın dəhlizi vasitəsilə Azərbaycanın Qarabağ ərazisinə buraxılmış Ermənistan vətəndaşı Xankəndi-Şuşa-Gorus yolunda qəzaya uğrayaraq ölüb.

Hafta.az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.

“Ermənistan Fövqəladə Hallar Nazirliyinin milli böhran idarəetmə mərkəzindən Armavir rayonunun Pşatavan kənd sakini A.Z.-nin 24 iyul saat 04: 00-da “Ford tranzit” markalı avtomobilində Qarabağ ərazisindən Ermənistan Respublikasına doğru çıxması,  lakin ora gedib çatmaması haqda məlumat verilib”- xəbərdə belə deyilir.

Xilasedicilər vətəndaşı axtarmaq üçün Xankəndi- Şuşa-Turşsu-Laçın yolunda axtarışlara başlayıb.

 

Əməliyyat nəticəsində Xankəndi-Gorus yolunun 59-cu kilometrliyində, dərədə ( 150 metr) 1961-ci il təvəllüdlü A.Z.  “Ford Tranzit” avtomobilində ölü vəziyyətdə tapılıb.

Oxunma sayı 12227