Müsəlman Prezident qırıcı təyyarəni şəxsən sınaqdan çıxardı - Video

17:13 02.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov yeni hərbi təyyarəni şəxsən özü sınaqdan keçirib.

Hafta.az bu haqda “Türkmənistən. Altun əsr” jurnalına istinadla məlumat verir.

Məlumata görə, dövlət başçısı yeni hərbi təyyarələrin dayanacağına gəlmədən öncə səhər gimnastika ilə məşğul olub, sonra velosiped sürüb və piyada gəzib.

Daha sonra Türkmənistan rəhbəri xüsusi pilot forması geyinərək sınaq uçuşuna başlayıb. Qeyd olunur ki, havaya qalxan təyyarə bir neçə saniyə ərzində lazım olan yüksəkliyə çatıb və bundan sonra müəyyən virajlar(təyyarənin havada kəskin dönüş etməsi ilə müşayiət olunan pilotajlar) təqdim edilib.

Mənbənin sözlərinə görə, Berdıməhəmmədovun səsdən sürətli təyyarəsi müasir turboreaktiv mühərriklərlə təchiz edilib. Təyyarənin uçuş məsafəsi 2000 km, uçuşunun maksimum hündürlüyü 13 min 700 metrdir.

Oxunma sayı 25277