“Birgə hərbi təlim üç qardaş ölkənin xalqlarına mənəvi dəstəkdir” - Qayser Navab

17:05 12.09.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının birgə təlimi öz tarixinin ilk mərhələsinə qədəm basır. Bu təməlqoyma hadisəsi olacaq; təlimlər üç ölkənin düşmənlərinə çox aydın mesaj göndərərdi. Eyni zamanda, birgə beynəlxalq təlim, müxtəlif pisliklərə qarşı mübarizədə əməkdaşlığı artırmaq niyyəti güdür”.

Bu barədə Hafta.az-a müsahibəsində BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq eksperti, Pakistan - Azərbaycan Məzunlar Dərnəyinin qurucusu Qayser Navab deyib. Ekspertin sözlərinə görə, üstəlik, təlimlər üç ölkə arasında təcrübə və bilik mübadiləsinə də öz töhfəsini verəcək.

Cənab Navab bildirir ki, birgə hərbi təlim üç qardaş ölkənin xalqları üçün mənəvi dəstəkləyici rol oynayacaq. Onun fikrincə, bundan öncə də Azərbaycanla Türkiyə birgə hərbi təlim keçirmişdi. Bu gün Pakistanın da iştirakı ilə daha bir təlimə start verilməsini ölkələrimiz arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi baxımından ancaq alqışlamaq lazımdır. Bu üç ölkə Azərbaycan torpaqlarının Ermənistanın işğalından qurtarmaq üçün də birgə mübarizə aparıblar.

“Bu üç ölkə patrul və müşahidə məqsədləri daşıyan birgə hərbi baza da yarada bilərlər. Bunun heç bir ölkəyə ziyanı yoxdur. Ölkələrimizin birgə müdafiə sistemi qurması da səmərəli olardı. Lakin bu üç ölkə arasında coğrafi məsafəni nəzərə alsaq, o qədər də yaxın ehtimal kimi görünmür”, - deyir Qayser Navab.

Oxunma sayı 3883
Siyasət rubrikasından digər xəbərlər