"İran Azərbaycandan hesab sora bilməz" - Prezident

09:10 22.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycana səfər proqramında Bakıda olmaq yoxdur. Amma inşallah ki, Füzuli Hava Limanının açılışını edəcəyik. Bununla bağlı dəyərli qardaşım İlham Əliyevlə danışmışıq. O günki proqramda hava limanıyla birlikdə oradakı bir neçə avtomobil yolunun və bəzi kənd təsərrüfatı obyektlərinin də açılışını edəcəyik. Zəngəzur dəhlizinin açılmasıyla bağlı qərarlı mövqeyimizdə də eyni şəkildə dayanmışıq".

Hafta.az-ın yazdığına görə, bu sözləri jurnalistlərə müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı son vaxtlar İranın Azərbaycana münasibətində xoşagəlməz halların özünü göstərməsinə də münasibət bildirib. Deyib ki, bütün bunlar ötəridir, hər şey yaxşı olacaq. "İsrailin Azərbaycanla yaxşı münasibətləri var deyə, İran Azərbaycandan hesab sora bilməz. Çünki bu gün İranakı azərbaycanlı əhalinin faizi ortadadır. Bu onları çox düşündürür. Heç nə göründüyü kimi asan deyil, onların mövqeyi başdan yanlışdır. Hesab edirəm ki, İranın yeni seçilmiş rəhbəri bu səhvləri davam etdirməz", - prezident Ərdoğan deyib. 

Oxunma sayı 8016