Axır ki, qərar verildi: paytaxt köçürülür

14:00 18.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İndoneziya parlamenti paytaxtın Yava adasındakı Cakartadan Borneo adasında yerləşən Şərqi Kalimantana köçürülməsinə dair qanunu qəbul edib. 
Hafta.az-ın yazdığına görə, bu barədə açıqlama verən dövlət başçısı Coko Vidodo İndoneziyanın yeni paytaxtının adının Nusantara olacağını deyib. 
"Bloomberg"in xəbərinə əsasən, Şərqi Kalimantan əyalətində tikiləcək yeni paytaxtın ərazisi 56,2 min kvadratkilometrə yaxın olacaq. Qanun layihəsinə əsasən paytaxtın, Prezidentin vali təyin etməsinə icazə verəcək özəl idarəetmə statusu olacaq. Bu cür status isə, ümumilikdə şiddətli siyasi çəkişmələrlə gölgələnən seçkilərin keçirilmə məcburiyyətini aradan qaldıracaq. 
Yeni paytaxtın qurulması üçün təxminən 489 trilyon rupi və ya 33 milyard dolların xərclənəcəyi təxmin olunur. Yeni paytaxta ilk köçün 2024-cü ilin əvvəllərində başlaması planlaşdırılır. 
Məlumat üçün deyək ki, bu məsələ üzərində onillərdir iş aparan İndoneziya, paytaxtı köçürən sayca üçüncü Cənub-Şərqi Asiya ölkəsi olacaq. 
Qeyd edək ki, qonşu Malayziya siyasi paytaxtı 2003-cü ildə Putrajaya şəhərinə, Myanmar isə 2006-cı ildə Yanqondan Nepidoya köçürüb.

Oxunma sayı 7128