Yazını böyüt
Yazını kiçilt
2022-ci ilin iyun-iyul aylarında hərbi xidmətdə olan sonuncu Ermənistan vətəndaşı Qarabağı tərk edəcək.
Hafta.az xəbər verir ki, bunu yanvarın 26-da jurnalistlərlə görüşündə “Mənim şərəfim var” blokunun parlament fraksiyasının katibi Hayk Mamicanyan bildirib.
O iddia edib ki, "Qarabağ Ermənistanın təhlükəsizliyinin, o cümlədən fiziki təhlükəsizliyinin təminatçısıdır".
“Valideynlər nə düşünür, övladlarının harada xidmət etməsi daha təhlükəsizdir: Serj Sarkisyan Ermənistan prezidenti olan Qarabağda, yoxsa Paşinyanın dövründə Sünik və Qeqarkunikdə?”, - deyə Mamicanyan soruşub.