Türkiyənin ilk pilotsuz DÖYÜŞ VERTOLYOTLARI - AZƏRBAYCAN DA ALA BİLƏR

19:12 16.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyə ordusu bir il ərzində kəşfiyyat, döyüş patrulları, silah və təchizatların çatdırılması üçün istifadə olunacaq ilk dörd pilotsuz helikopteri alacaq.

Hafta.az xəbər verir ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, süni intellektə malik ilk belə helikopter yaxın günlərdə ordu tərəfindən terrorla mübarizədə istifadə edilməyə başlayacaq. Belə platformalara xüsusilə Suriyanın Türkiyə ilə həmsərhəd bölgələrində tələbat olacaq, burada tez-tez PKK-ya qarşı əməliyyatlar aparılır.

Pilotsuz helikopterin tərtibatçılarının fikrincə, onun adi PUA-lardan üstün cəhətlərindən biri buludların altında uçmaq qabiliyyətidir ki, bu da onu istənilən hava şəraitində istifadə etməyə imkan verir. Qəzet helikopteri yaradan TITRA şirkətinin nümayəndələrinə istinadən yazır ki, pilotsuz təyyarə hərbi tapşırıqların həlli ilə yanaşı, meşə yanğınlarının söndürülməsində, kənd təsərrüfatında, mülki obyektlərin mühafizəsində istifadə oluna bilər.

Şirkət həmçinin bildirib ki, pilotsuz təyyarənin alınması ilə bağlı müraciətlər xaricdən, əsasən də neft hasil edən ölkələrdən gəlir. Pilotsuz helikopterin çəkisi 250 kq, faydalı yükü də eynidir. O, 8 saat havada qala bilir və 6,5 km hündürlükdə uça bilir.

Qeyd edək ki türkiyəli mütəxəssislərin son illərdə istehsal etdikləri pilotsuz döyüş təyyarələri, helikopterləri və digər avadanlıqlarla Azərbaycan da yaxından maraqlanır. 

Oxunma sayı 3504
Gündəm rubrikasından digər xəbərlər