Putinə qarşı 5 sui-qəsd: BİRİ AZƏRBAYCANDA EDİLİB

10:00 25.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynaya qarşı müharibəyə başlamaqla Rusiyanı dünyadan təcrid edən Vladimir Putinlə bağlı qəribə məlumat üzə çıxıb.

Hafta.az-ın "The Sun"a istinadən yazdığına görə, Ukraynanın Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri Kirilo Budanov deyib ki, hələ müharibədən əvvəl  -fevralda Putinə qarşı sui-qəsd cəhdi olub, amma o, qurtula bilib. 

"Qafqazlı liderlərin də dediyi kimi, Putinə uğursuz sui-qəsd edilib və məlumat ictimaiyyətdən son dərəcə gizlədilib. Amma məlumatın gizlədilməsi və ya bu hadisənin gizli saxlanılması Kremlin rəhbərinə sui-qəsd cəhdi faktını dəyişmir”, - Budanov deyib.

Məlumata görə, Putin özünə qarşı istənilən təxribatın olacağından əndişələnərək, getdiyi hər yerdə onu xüsusi snayperlər müşayyiət edir. 

Xəbərdə qeyd edilir ki, Putin paranoyak vəziyyətə düşüb, kimsəni özünə çox yaxınlaşmağa qoymur. Ən əsası isə, zəhərlənə biləcəyini düşünüb yeməyi yemədən öncə başqalarına daddırır. Hətta bunun üçün xüsusi adamlar saxlayırlar. 

Putinin səhərlər hovuzda üzmək kimi maraqlı ənənəsi hamıya məlumdur. Amma o, hovuzun suyuna kimyəvi maddə sızdırıla biləcəyini düşünüb, gündə bir neçə dəfə suyun tərkibini yoxlatdırır və üstəlik, səhərlər suda üzmək kimi uzunmüddətli ənənəsini də yaddan çıxarıb. 

"The Sun" qeyd edir ki, Budanov Rusiya liderinin daha əvvəllər də dörd dəfə sui-qəsdə məruz qaldığını deyib.

Birincisi, Putinin 2002-ci ilin yanvarında Azərbaycana səfəri zamanı İraqdan olan bir nəfər rus liderə sui-qəsd hazırladığına görə həbs edilib. Əfqan və çeçen qruplarla bağlantılı olduğu aşkarlanan həmin şəxs 10 il müddətinə azadlıqdan məhrum olundu. 

İkincisi, 2002-ci ilin noyabrında Rusiya prezidentinin içində olduğu maşın karvanı Kremlin yaxınlığındakı yoldan keçəcəkdi. O əsnada isə həmin yolun kənarında yolboyu plakat və göstəriciləri dəyişdirir kimi görünən qrup varmış. Sonradan mediaya sızan məlumatlara əsasən, məhz həmin gün təhlükəsizlik qüvvələri yol boyunca partladılmağa hazır 40 kilodan çox partlayıcı maddə aşkar edib və təbii ki, prezident karvanının keçid istiqaməti dəyişdirilib. Amma maraqlısı budur ki, Putin indiyədək həmin məsələylə bağlı açıqlama verməkdən qaçıb və ya ümumiyyətlə, inkar edib.

Üçüncüsü, 2003-cü ilin oktyabrında İngiltərənin terrorla mübarizə polisi Putinə qarşı sui-qəsd planının qarşısının alındığını bildirib. O vaxt iki sui-qəsdçi yaxalanıb, amma hər hansı ittiham irəli sürülmədən sərbəst buraxılıblar və təkrarən Rusiyaya qayıdıblar. Məlumatlara əsasən, keçmiş DTX agenti olan iki snayper Britaniyaya səfəri əsnasında Vladimir Putini vurmalıylarmış. 

Qeyd edək ki, "The Sun" həmin sui-qəsdçilərdən biri ilə əlaqə qurduqdan sonra İngiltərəyə qaçmış keçmiş FTX zabiti Aleksandr Litvinenko bütün təfsilatları ingilis polislərə açmışdı.

Dördüncüsü, çeçen Adəm Osmayev 2012-ci ildə Putinə sui-qəsd düzənləmək istəyib, amma təhlükəsizlik qüvvələri bunun qarşısını ala biliblər və o, həbs olunub.

"Terrorçu" damğasıyla tutulan Osmayevi Ukraynanın Odessa limanında xüsusitəyinatlılar yaxalamışdı. 

Rusiya təhlükəsizlik xidməti nümayəndələri Osmayevin İngiltərədəki çox məşhur məktəblərdən birini bitirdiyini və Putinə qarşı çıxan nüfuzlu çeçen ailəsindən olduğunu iddia etdi. 

Oxunma sayı 8213