Yazını böyüt
Yazını kiçilt
Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Rusiya-Türkiyə ikitərəfli əməkdaşlığın inkişafında Putin-Ərdoğan amilinin əhəmiyyətini vurğulayıb.
Hafta.az-ın məlumatına görə, o deyib:
"Bu gün Qərb bizim münasibətlərimizə xələl gətirməyə çalışır. Türkiyə-Rusiya əlaqələri beynəlxalq və regional sabitliyin təmin edilməsində çox önəmlidir".
Tanınmış rusiyalı ekspert Putini Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə müqayisə edərək bunları qeyd edib: "Atatürk Anadoluda Qərbin işğalçı qüvvələrinə qarşı vuruşub. Bu gün Putin Qərblə də mübarizə aparır. Ona görə də məncə, Putin 21-ci əsrin Atatürküdür”.