Putin erməni səfiri belə AŞAĞILADI

14:18 28.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Erməbistanın Rusiyadakı səfiri ilə bağlı maraqlı iddia səsləndirilib.

Hafta.az erməni mediasına istinadla bildirir ki, Ermənistanın Polşadakı keçmiş səfiri, Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Qazaryan öz Facebook səhifəsində 2022-ci il yanvarın 5-də Ermənistanın Rusiyadakı səfiri təyin olunan Vaqarşak Arutyunyanla bağlı status paylaşıb:

"Putin təyinatdan 6 ay keçməsinə baxmayaraq hələ də Ermənistan səfirinin etimadnaməsini qəbul etməyib.

Buna görə də onun Rusiyadakı diplomatik missiyası hələ rəsmi olaraq başlamamışdır. Ermənistan səfirinin etimadnaməsini təqdim etməzdən əvvəl Rusiya prezidentinin iştirakı ilə keçirilən görüşlərdə iştirak etmək hüququ yoxdur.

Lakin bu, onun çoxsaylı qalmaqalların mərkəzində olmasına, istehza obyektinə çevrilməsinə mane olmadı ki, bu da indiki hakimiyyət üçün çox xarakterikdir”.

Oxunma sayı 7201
Siyasət rubrikasından digər xəbərlər