Rusiya MN Azərbaycanı "atəşkəsi pozmaqda" İTTİHAMLADI

21:03 03.08.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın hərbi rəhbərliyi bu gün erməni təxribatlarının qarşısının alınması ilə bağlı keçirilən antiterror əməliyyatlarına münasibət bildirərkən bir daha ermənipərəst mövqe nümayiş etdirib.

Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağ münaqişəsi zonasında, Sarıbaba yüksəkliyi ərazisində atəşkəs rejimini pozub - Rusiya Müdafi Nazirliyinin bəyanatında qeyd olunur.

“Kontingentin məsuliyyət zonasında vəziyyətin gərginləşməsi müşahidə olunur. Sarıbaba yüksəkliyi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejimi pozulub. Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəflərinin nümayəndələri ilə birlikdə vəziyyəti sabitləşdirmək üçün tədbirlər görür”, - məlumatda deyilir.

Qeyd edək ki, bu gün səhər məhz rusların məsuliyyət zonasından açılan atəşlə Azərbaycan Ordusunun əsgəri şəhid olub. Bu cür halların yaşanmaması üçün qanunsuz erməni silahlı birləşmələrinin ləğvi istiqamətində addım atmalı olan Rusiyanın bunun əvəzində ermənilərin təxribatlarına göz yumması və haqq qazandırması "sülhməramlı fəaliyyət"lə bağlı müəyyən suallar doğurur.

Oxunma sayı 4650