Erməni separatçılarının iştahı artdı – LAÇININ BU KƏNDLƏRİNİ NƏZARƏTDƏ SAXLAMAQ İSTƏYİRLƏR  

19:03 08.08.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Laçın dəhlizinin təhvil verilməsindən  sonra yeni dəhliz Ağanus icmasının inzibati ərazisindən, Unanavan və Meqvadzor qəsəbələrindən keçəcək. Ona görə də Kaşatağın müəyyən hissəsi hansısa formada dəhliz şəklində qalacaq”.

Hafta.az xəbər verir ki, bu barədə rus hərbçilərinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazisindəki qondarma rejimin “ərazi idarəetmə və infrastruktur naziri” Hayk Xanumyan üzdəniraq “Artsax”  telekanalının efirində bildirib.

Söhbət hazırda da hava xətti ilə 5 km enindəki “dəhliz” ərazisinə daxil olmaqla Rusiyanın “sülhməramlı” sayılan  hərbi kontingentinin nəzarətində qalan Ağanus kəndindən və Qarabağdan Ermənistana alternativ yolun yaxınlığında yerləşən ermənilərin “Unanavan” adlandırdıqları Unannovu və “Meqvadzor” adlandırdıqları Mığıdərə kəndlərindən gedir. “Kaşataq” isə işğal dövründə  Laçın, Qubadlı və Zəngilan rayonları ərazilərinin daxil edildiyi qondarma “rayon”dur…

Beləliklə, hayların könlündən Laçın rayonunun Ağanus, Unannovu, Mığıdərə kəndləri ilə yanaşı, alternativ yolun yaxınlığındakı Fətəlipəyə, Ərəb, Dəyirmanyanı və s. kəndlərinin də nəzarətə almaq və gələcəkdə onları məskunlaşdırmaq keçir. Amma bunun üçün onların heç bir hüquqi əsası yoxdur. Çünki əvvəla, həmin ərazilər suveren Azərbaycan əraziləridir. İkincisi də tarixən, o cümlədən Çar Rusiyası və sovet dövrlərində adları çəkilən və digər yaşayış məntəqələrinin heç birində bir nəfər də erməni, hay yaşamayıb…

Oxunma sayı 2771
Gündəm rubrikasından digər xəbərlər