“Ermənilər Buzdux dağına 4 min canlı qüvvə toplamışdı, RUSİYA İSTƏMİRDİ Kİ…”

18:36 09.08.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Milli Ordumuzun bu günlərdə keçirdikləri uğurlu əməliyyatları sayəsində qanunsuz erməni birləşmələrindən azad etdiyi 2374 metrlik Buzdux yüksəkliyi Birinci Qarabağ savaşında hərbi əməliyyatların ən qızğın nöqtələrindən biri olmuşdu. Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın da yazı və müsahibələrində həmin yüksəkliyin adı çəkilir”. 

Bu fikirləri Hafta.az-a açıqlamasında Milli Ordumuzun Qarabağ və Şərqi Zəngəzurda keçirdiyi son uğurlu antiterror əməliyyatından danışan 1993-1994-cü illərdəki  Murovdağ əməliyyatının iştirakçısı istefada olan mayor Gəray Əsədov söyləyib.

“Bildiyimə görə, o vaxtkı döyüşlərin qızğın çağında hətta Rusiya prezidenti Boris Yeltsin də Azərbaycan Prezidenti Heydər Əliyevə zəng edib ki, Azərbaycan ordusu Buzdux yüksəkliyindən geri çəkilsin. Yadımdadır ki, Murovdağ əməliyyatı ilə bağlı istintaq materiallarında erməni komandirlərin bizim kəşfiyyat tərəfindən tutulmuş radio-danışıqlarında qeyd olunub ki, Beyləqan istiqamətindəki bir moto-atıcı alay və üstəgəl 300 nəfərlik Dizak dustaqlar qrupundan ibarət qrup Kəlbəcər rayonunun Ağdaban-Çayqovuşan kəndləri ərazisinə göndərilsin. Ağdaban, Çayqovuşan kəndləri isə Buzduğ dağının dibindədir. Ümumiyyətlə, o vaxtkı əməliyyat məlumatlarımıza görə, 1994-cü il yanvarın 28-dən başlayaraq ermənilər Buzdux dağı ətrafına 4 min nəfərə yaxın canlı qüvvə toplamışdı.  Yəni demək istəyirəm ki, 1994-cü ilin yanvarındakı gərgin əməliyyatlar zamanı nə Ermənistan, nə də Rusiya Buzdux dağının Azərbaycanın nəzarətinə keçməsini istəmir və maksimum çalışırdılar ki, həmin yüksəklik erməni qüvvələrinn nəzarətində qalsın. Bu baxımdan həmin istiqamətdə döyüşlərdə olmuş bir keçmiş hərbçi komandir olaraq mənim üçün də maraqlıdır ki, Rusiya tərəfi Azərbaycan tərəfinin hərbi təzyiqi ilə yanaşı,  hansı siyasi-diplomatik təzyiqi ilə də üzləşib ki, Buzdux kimi yüksəkliyin öz məsulliyyət zonalarından çıxarılmasına razılıq verib”- deyə keçmiş tabor komandiri vurğulayıb.

Oxunma sayı 22800
Siyasət rubrikasından digər xəbərlər