Prezident Vladimir Putin "DXR, LXR", Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasının tərkibinə daxil olması haqqında sazişlər imzalayıb.
Hafta.az bildirir ki onun sözlərinə görə, bu regionların sakinləri əbədi olaraq Rusiya vətəndaşı olublar. Mərasimdəki çıxışında o, ABŞ-ın Drezdeni bombalamasını, Xirosima və Naqasakidə nüvə silahından istifadə etməsini də xatırladıb.
Rusiya Prezidenti Putin Ukraynanı hərbi əməliyyatları dərhal dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb.
Putin Kiyevə və Qərbə müraciət edib: “DXR", "LXR", Zaporojye və Xerson vilayətlərinin əhalisi əbədi olaraq bizim vətəndaşlarımız olur. Kiyev rejimini dərhal hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırırıq. Rusiya Ukrayna ilə danışıqlara hazırdır. Kiyev "DXR", "LXR", Zaporojye və Xerson vilayətlərinin seçiminə hörmətlə yanaşmalıdır, yalnız bu, sülhə gedən yol ola bilər”
Putin Rusiyanın DXR, LPR, Zaporojye və Xerson vilayətlərinin təhlükəsizliyini təmin edəcəyini, infrastrukturun bərpasına kömək edəcəyini söyləyib