Abşeronda "Prius" sürücüsü qonşusu tərəfindən BALTALANDI

20:07 21.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeronda qonşunu baltalayan şəxs həbs edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu, Məmmədli kəndi, S.Rüstəm küçəsində baş verib. Belə ki, Ayxan Səlimov (soyadlar şərtidir) qonşusu Natiq Məmmədovun "Toyota Prius" markalı avtomobilini sürətlə sürdüyünü əsas gətirərək ona irad bildirib.

Daha sonra onlar arasında mübahisə yaranıb. Natiq qonşusu Ayxanı təhqir edib. Ayxan isə yaşadığı evin girişindəki baltanı götürüb və Natiqə müxtəlif bədən xəsarətləri yetirib. Ayxan həmçinin qonşusunun "Toyota Prius" markalı avtomobilinin ön şüşəsini də balta ilə vuraraq sındırıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Oxunma sayı 7656