Artıq ödənilən pensiyanı alıb xərcləyənlərə BƏD XƏBƏR - GERİ QAYTARACAQLAR

12:12 23.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pensiyaların səhv hesablanması və yanlış ödəmələr Azərbaycanda ən çox 2020-ci ilə qədər baş verib.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev bildirib.

Onun sözlərinə görə, 2020-ci ildən sonra səhv hesablanmalarla bağlı cüzi rəqəmlər olub. “Biz “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik etməklə pensiya amnistiyası tətbiq etdik. Bu amnistiya vətəndaşları xeyli yükdən azad edəcək”, - deyə o vurğulayıb bildirib.

Qeyd edək ki, Milli Məclis dekabrın 30-da keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edib.

Dəyişikliyə əsasən, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur. Belə ki, qaydalara əsasən, bu məbləğ əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur. Dəyişikliklərə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq. Hazırda isə artıq ödənilən bütün məbləğ geri tutulur. Dəyişikliyə əsasən, həmçinin daha az məbləğdə pensiya alanlardan 10%, daha çox pensiya alanlardan isə 20% məbləğ tutulacaq. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

Oxunma sayı 33955