Vardanyan Moskvaya qaçıb - XANKƏNDİYƏ QAYIDACAQMI?

17:57 07.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya sülhməramlılarının məsuliyyət zonasında müvəqqəti sığınacaq tapan rusiyalı oliqarx Ruben Vardanyan Moskvaya qaçıb. Hafta.az bildirir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri xəbər verir.

Bu arada haqqin.az-ın öz mənbələri R.Vardanyanın Rusiyaya uçması ilə bağlı məlumatı təsdiqləyib. Özünü dövlət naziri elan edən şəxs hazırda Moskvadadır.

Redaksiyadakı mənbələrdə qaçışın təfərrüatları yoxdur, lakin R.Vardanyan Xankəndinə qayıtsa, Azərbaycan hökumətinin səbri tükənəcək və ən qətiyyətli addımlar atılacaq.

Oxunma sayı 4524
Siyasət rubrikasından digər xəbərlər