Yazını böyüt
Yazını kiçilt
BDU nəzdində"Gənc istedadlar" liseyində Novruz bayramı ilə əlaqədar "Yurdumuza yaz gəlir" adlı konsert keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra şəhidlərlərimizin əziz xatirəsi və qardaş Türkiyə üçün sükut elan olunub.
Liseyin direktoru Arif Bağırov şagirdlərin bayramını səmimi qəlbdən təbrik edərək xoş arzularını bildirib.
Həmçinin tədbirdə liseyin fənn müəllimləri Səbribəyim Əliyeva, Kifayət Şamilova, Reyhan Ramazanova, Yeganə Qəhrəmanlı, Günay Səmədova, Sənay Hüseynli, Zövqiyyə Hüseynova da tədbirdə iştirak edərək səmimi arzularını bildiriblər.
Konsertdə tədbirin təşkilatçısı liseyin musiqi müəllimi Kəmalə Əliyevanın hazırladığı mahnı və milli rəqslər,rəngarəng kompozisiyalar şagirdlərin ifasında təqdim olunub.