“Lukoyl” neft şirkətinin yaradıcısı Vahid Ələkbərovun oğlu, 32 yaşlı Yusuf Ələkbərov rusiyalı milyarderlərin ən zəngin varislərindən birinə çevrilib. Bu, “Forbes” jurnalının yeni reytinqində belədir.
Yusif artıq bir neçə ildir ki, reytinq cədvəlində birinci yerdədir. Rusiyanın Forbes jurnalının ən varlı adamları sıralamasında altıncı sırada yer alan atasının sərvəti 20,5 milyard dollar qiymətləndirilir. Yusif onun yeganə övladı olduğu üçün bütün sərvətin potensial varisi yalnız o sayılır.
Reytinqin ikinci pilləsində EuroChem və SUEK-in təsisçisinin qızı və oğlu Andrey Melniçenko (hər biri 12,6 milyard dollar) qərarlaşıb. Üçüncü yerdə SIBUR və NOVATEK-in ortaq sahibi Leonid Mixelsonun övladları - Viktoriya və qardaşıdır (onun adı açıqlanmır). Hər birinin sərvəti 10,8 milyard dollar qiymətləndirilir.Onlardan sonra Novolipetsk dəmir-polad zavodunun rəhbəri Vladimir Lisinin iki oğlu və bir qızı - Dmitri, Yuri və Anastasiya (hər biri 7,35 milyard dollar) gəlir. İlk beşliyi Ural Mədən-Metallurgiya Şirkətinin əsas səhmdarı İsgəndər Mahmudovun yeganə övladı olan Cahangir Mahmudov (7,3 milyard dollar) tamamlayır.