Nazir dünya çempionunu rəis təyin etdi

16:52 01.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili işlər orqanlarında kadr təyinatı olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, dünya çempionu, cüdo üzrə Pekin-2008 Yay Olimpiya Oyunlarının mükafatçısı olmuş polis polkovnik-leytenantı Mövlud Mirəliyev Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi təyin edilib.

O, bu təyinata qədər DİN-in İdman Cəmiyyətinin baş inspektoru vəzifəsində xidmət edib.

Qeyd edək ki, mayın 30-dək Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi vəzifəsini Sidney Olimpiya Oyunlarının çempionu Zemfira Meftahətdinova tuturdu.

Oxunma sayı 5092