“Düşünürəm ki, döyüşlər Ermənistan baş naziri Nikol Paşinyanın sülh sazişini imzalamamasının nəticəsidir və eyni zamanda Rusiya ilə çox güclü mübarizə aparır və müəyyən dərəcədə bu hərəkətləri təhrik edir”. Bu fikirləri rusiyalı politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, Paşinyan döyüşlərdən və Qarabağın itirilməsindən istifadə edərək bunda Rusiyanı günahlandırmaq və onunla münasibətləri tamamilə kəsmək istəyir: “Üstəlik, o, hər zaman arasında populyar olmadığı Qarabağ ermənilərinin qisasını almaq istəyir. Əslində o, bu qərarı təhrik edib. Və böyük ehtimalla, qısa müddətdə, bir neçə gün ərzində Azərbaycanın Qarabağ ərazisi üzərində tam nəzarəti bərqərar etməsi ilə münaqişə başa çatacaq. Azərbaycan ordusu Ermənistan ordusunun müqavimətini qıracaq, bu da təsdiqdir: Paşinyan razılaşmanı yerinə yetirməyib, çünki ona görə bütün hərbi birləşmələri oradan çıxarmalı idi”.
Markov “Rusiya sülhməramlıları özlərini necə aparmalıdırlar” sualına isə konkret cavab verib: “Heç bir şəkildə. Onların döyüş əməliyyatları aparmaq üçün heç bir mandatı yoxdur, sadəcə olaraq atəşkəs rejiminin pozulmasını qeydə almalıdırlar. Bu vəziyyət Ermənistanı Rusiyadan qoparmaq istəyən amerikalılar və fransızlar üçün faydalı ola bilər. Bu işdə Paşinyan onlara kömək edir”.