Separatçıların müdafiə xətti YARILDI - Hikmət Hacıyev AÇIQLADI

20:22 19.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Ordusu separatçıların müdafiə xəttini yarıb”.

Bu məlumatı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Reuters" agentliyinə müsahibəsində açıqlayıb.

O bildirib ki, Azərbaycan qüvvələri Qarabağda Ermənistan silahlı qüvvələri ilə təmas xəttini bir neçə yerdə yarıb və strateji məqsədlərinə çatmaq əzmindədir.

“Qarabağda qeyri-legitim hərbi infrastruktur tamamilə məhv edilənə qədər Azərbaycan Respublikasının hərbi əməliyyatları davam edəcək” - Prezidentin köməkçisi əlavə edib.

Siyasət rubrikasından digər xəbərlər