Ruslar indi də Macarıstanda kütləvi şəkildə əmlak alırlar

11:10 23.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya vətəndaşlarının Avropada daşınmaz əmlak almaq iştahı yenidən artıb.

Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, Macarıstan və Cənubi Kiprdə mənzilə tələbat Türkiyə və Birləşmiş Ərəb Əmirliklərini üstələyib.
NF Group-un açıqladığı məlumatlara görə, yanvar-oktyabr ayları arasında Rusiya vətəndaşlarının ən çox daşınmaz əmlak almaq istədikləri iki ölkə Macarıstan və Cənubi Kipr olub. Ötən ilin bu müstəvidə lideri Türkiyə bu il üçüncü yeri tutub.
Bu üç ölkəni İndoneziya və Yunanıstan izləyir. Ötən il ilk beşlikdə olan Portuqaliya və Birləşmiş Ərəb Əmirlikləri bu il kənarda qalıb.

Qəzet yazır ki, daşınmaz əmlak alan Rusiya vətəndaşlarının əsas məqsədi ümumiyyətlə xaricdə yaşamaq icazəsi almaqdır. Macarıstan və Cənubi Kiprə olan marağın arxasında Şengen ölkələrində rahat səyahət etmək istəyi dayanır.

Xəbərə görə, dövlətin təsdiq etdiyi daşınmaz əmlak investisiya fonduna 215 min avro yatırmaqla və ya 500 min avro dəyərində mülk almaqla Macarıstanda yaşayış icazəsi əldə etmək mümkündür. Bu məbləğ Cənubi Kiprdə 300 min avro, İspaniyada isə 500 min avrodur.

Oxunma sayı 733
Dünya rubrikasından digər xəbərlər