Gəncədə qardaş bacısının "Instagram"a girdiyinə görə həyatına son qoydu

08:33 27.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə baş verən qətlin bəzi təfərrütları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, qardaş bacısını "Instagram"dan istifadə etdiyi üçün bıçaqlayıb.

O, bacısının boğazını kəsərək qətlə yetirib.

Qeyd edək ki, Əli Allahverdizadə hərbçidir.

***

Saat 01:33

Gəncədə bacısını qətlə yetirən qardaş saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib.

***

Saat 01:32

Gəncədə qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.

Belə ki, qardaş bıçaqla bacısını qətlə yetirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olub.

Oxunma sayı 327