Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb

08:18 19.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”a bildirilib.

Qeyd olunub ki, aprelin 19-da Sumqayıt şəhəri ərazisində iki nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, F.Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Oxunma sayı 557