İranın müvəqqəti prezidenti olacaq Məhəmməd Muhbir kimdir?

08:40 20.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra İran Konstitusiyasının 131-ci maddəsinə əsasən, dövlət başçısı postuna müvəqqəti olaraq vitse-prezident Məhəmməd Muhbir oturacaq.

Hafta.az-ın yazdığına görə, İran Konstitusiyasının 131-ci maddəsində, “Prezident ölümü, istefası və ya vəzifəsindən azad edilməsi ilə əlaqədar öz vəzifələrini yerinə yetirə bilmədikdə, vitse-prezident yenisi seçilənə qədər ən çox 60 gün müddətində prezidentin səlahiyyətlərini müvəqqəti icra edir” deyilir.

Məhəmməd Muhbir kimdir?

İranın vitse-prezidenti Məhəmməd Muhbir 1955-ci il sentyabrın 1-də Əhvaz vilayətində anadan olub. İbtidai təhsilini Əhvaz və Dezfulda alıb. Beynəlxalq hüquq üzrə doktorluq dissertasiyasını müdafiə edib.

Atası tanınmış din xadimi olub.

Məhəmməd Muhbir müxtəlif vəzifələrdə çalşıb. O, İran-İraq müharibəsi zamanı İnqilab Keşikçiləri Korpusuna bağlı tibb müəssisəsində zabit kimi xidmət edib, İranın neftlə zəngin cənub-qərb Xuzistan əyalətində müxtəlif rəsmi vəzifələrdə çalışıb. 1990-cı illərin əvvəllərində Dezful Telekommunikasiya Şirkətinin baş direktoru olub. Mostazafan Fondunun kommersiya üzrə vitse-prezidenti, Sina Bankın İdarə Heyətinin sədri, 2007-ci il iyulun 15-dən 2021-ci il avqustun 8-dək İmam Xomeyninin sərəncamının İcra Komitəsinin sədri vəzifəsində çalışıb.

Onu İran prezidenti İbrahim Rəisi özünə müavin seçib.

Məhəmməd Muhbir 2021-ci ilin yanvarında ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiyalar siyahısına əlavə edilib.

Xatırladaq ki, bazar günü axşam Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə sərhəddə bəndin açılışında iştirak etdikdən sonra geri qayıdan İran prezidenti İbrahim Rəisinin və xarici işlər naziri Abdullahiyanın göyərtəsində olduğu helikopterdən qəzaya uğrayıb.

Oxunma sayı 911
Siyasət rubrikasından digər xəbərlər